You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Toyundan 2 həftə sonra öldürülən Fatimənin babası: "Kaş bu günü görməyəydim"
- Müəllif, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, YouTube-dan izləyin.
2003-cü ildə anadan olmuş Fatimə Qəmbərovanın toyundan 2 həftə sonra ölüsü tapılmış, istintaq onun öldürüldüyünü bildirmişdi.
Fatiməni nənəsi və babası böyüdüb. Onlar üçün Fatimə nəvə yox, övladıymış.
Azərbaycanda nikah yaşı 18-dir, bəzi xüsusi hallarda bu yaş 17-yə endirə bilər.
Ailə məcəlləsinə görə, Üzürlü səbəblər olduqda, nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Fatimənin isə heç 17 yaşı da tamam olmayıb. Bəs ailəsi onu niyə bu yaşda ərə verib?
Müxbirimiz 16 yaşlı Fatimənin doğma kəndi Həsənli və gəlin köçdüyü Xoşçobanlı kəndlərində olub və sakinlərlə danışıb.