"EuroHome" tikinti bazarındakı mal sahibləri: "Heç kimdə sığorta olmayıb"

    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Video açılmırsa, buradan izləyin.

Bakının Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində 100-dən çox mağaza ziyan görüb.

Müxbirimiz İlkin Həsənovun danışdığı zərərçəkmişlər mağazalarının sığorta olunmadığını bildiriblər.

Onlardan bəziləri Fövqəladə Hallar Nazirliyinə yanğının vaxtında söndürülməməsi və mallarının çıxarılmasına icazə verilməməsi barəsində şikayət edib.

Hadisə zamanı azı 9 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin açıqladığı rəqəmlərə görə, 17500 kvadrat metr ərazi yanıb, 24700 kvadrat metr ərazi isə yanğından mühafizə olunub.

kişi