You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Axırıncı dəfə Azərbaycan kürüsünü Moskvada görmüşəm", - Bakıda sorğu
- Müəllif, Günel Səfərova. Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, YouTube-da izləyin.
Azərbaycan yenicə açıqlanan Qlobal Aclıq İndeksində aclığın aşağı səviyyədə olan ölkələr sırasına aid edilib.
14-cü Qlobal Aclıq indeksi dünyada yoxsulluğun vəziyyətini araşdırır və öz tövsiyələrini hazırlayır.
Araşdırmaya 117 ölkə cəlb olunub, 43 ölkənin aclıqdan əziyyət çəkdiyi göstərilib.
2000-ci ildə 27, 2010-cu ildə 12 bal toplayan Azərbaycanın sonuncu göstəricisi 7,4 bal olub. Bu, ölkədə qidalanma ilə bağlı vəziyyətin yaxşılaşdığını göstərir.
BBC News Azərbaycanca Bakı sakinlərindən soruşub:
İstədiyiniz ərzağı alıb yeyə bilirsinizmi? Hansı ərzağa qənaət edirsiniz, hansına üstünlük verirsiniz?