SOCAR-dan çıxarılmış qadın məhkəmələrə üz tutub

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa buradan izləyin.

20 ildən çox Dövlət Neft Şirkətində hüquqşünas işləmiş Gülnarə Fərzəliyeva iddia edir ki, onu sonuncu iş yeri olan "Azneft İstehsalat Birliyi"nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsindən qanunsuz olaraq işdən çıxarıblar.

O iddia edir ki, idarəyə işə köçürüləndə onunla bir illik müqavilə bağlanılıb və vəd edilib ki, növbəti ildən müddətsiz müqaviləyə keçiriləcək.

SOCAR-ın "Azneft İstehsalat Birliyi"ndən BBC News Azərbaycancaya deyiblər ki, Gülnarə Fərzəliyeva ilə müqavilə Əmək Məcəlləsinə uyğun bağlanılıb və müqavilə müddəti bitdiyinə görə işdən azad edilib.

Günlarə Fərzəliyeva deyir ki, o, "qanunsuz işdən çıxarılması" ilə bağlı Dövlət Neft Şirkəti, Mehriban Əliyeva, Prezident Aparatı, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Prezident Aparatının qəbul şöbəsinin əməkdaşı Əli müəllim (soyadını bilmir), xarici ölkə və təşkilatların Azərbaycandakı nümayəndəliklərinə müraciət etsə də, istədiyi cavabı ala bilməyib.

O, məsələ ilə bağlı məhkəməyə müraciət edərək işə bərpa olunmasını tələb edir. Hazırda işinə Ali Məhkəmədə baxılır.

Socar-dan şikayətçi