You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev, Əli Nağıyev yeni vəzifələrə təyin ediliblər
Cümə axşamı günü Azərbaycanda prezident yüksək vəzifəli şəxslərin yeni təyinatları barədə sərəncamlar imzalayıb.
Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.
Digər bir sərəncama görə, Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilərək daxili işlər naziri təyin edilib.
Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib. O, müdafiə sənayesi naziri təyin edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi isə Əli Nağıyev təyin edilib.
Əli Nağıyev indiyə qədər Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini kimi işləyib.
Bu barədə prezident İlham Əliyev iyunun 20-də 7 sərəncam imzalayıb.