“Uşağa yemək almalıyam, amma pulum yoxdur… Prezident hara baxır?!”

    • Müəllif, Günel Səfərova və Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

42 yaşlı Şövqi Quliyev ailəsini dolandırmaq üçün yardım toplayır.

O, çörək pulu qazanmaq üçün ümidini "yaxşı insanlara" bağladığını deyir.

Həyat yoldaşı və 4 aylıq qızı ilə Sumqaytın Corat qəsəbəsində yaşadıqları evin də kirayəsini də ödəyə bilmirlər.

10 ildir ki, bir ayağını və bir qolunu itirşim Şövqi Quliyev 1-ci qrup əlillik ala bilməməsindən şikayətçidir.

12 ildir evli olan cütlüyün arzuları elə də çox deyil, əlil arabası, əlilliyə görə təqaüd və 4 aylıq Fatimə üçün yemək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya deyiblər ki, ailənin problemi araşdırılacaq.

I qrup əlillik ala bilməyən vətəndaş Əlil arabası ƏƏSMN Sosial Müdafiə Nazirliyi
Şəklin alt yazısı, I qrup əlillik dərəcəsi ala bilməməsindən şikayətlənən Şövqi Quliyev