You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
UEFA kubokunun Bakıdakı final oyununa biletlər 58 manatdan başlayır
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final görüşünə bilet satışı martın 7-dən başlayacaq.
UEFA-nın saytında verilən məlumatına görə, biletlər martın 7-21-i aralığında satışda olacaq. Bu il Bakıda, Olimpiya stadionunda baş tutacaq final oyunu üçün UEFA-nın saytı vasitəsiylə təqribən 37 min 500 bilet satışa çıxarılacaq.
Final oyunu üçün biletlərin qiyməti dörd ayrı bölmə üzrə 30-140 auro arasında (58-270 AZN) dəyişəcək.
Azərbaycanın UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final görüşünə ev sahibliyi etməsi ilə bağlı bazar günü Bakıda "Ulduzlar Finalı" adlı yoldaşlıq görüşü keçirilib.
Azərtac xəbər verir ki, Azərbaycan Ədəbiyyatı muzeyinin qarşısında keçirilən oyunu izləyənlər arasında prezident İlham Əliyev də olub.
Qızı və nəvəsi ilə oyuna baxmağa gələn prezidentə UEFA Avropa Liqasının kuboku təqdim edilib.
UEFA Avropa Liqası 2018-2019-cu il mövsümündə final oyununun bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi qərarını ötən il verib.