You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"O balalar yemək istəyir, nə ilə alsın? Mağazalar nisyə vermir"- Tovuz sakini
- Müəllif, Günel Səfərova, Cəmilə İbrahimova
- Vəzifə, BBC Azərbaycanca
Video açılmırsa, YouTube-dan izləyin.
Tovuz rayonu Bozalqanlı kənd sakini Elmira Hüseynova oğlunun işsiz və şəraitsiz yaşadığını deyir.
O, oğlu üçün evi öz pensiyası ilə tikdiyini deyir, amma evin damını təmir etdirməyə maddi gücü çatmayıb.
Ailə dəfələrlə sosial yardım üçün müraciət edib, ancaq müsbət cavab almayıb.
Bərdənin Qarağacı kəndində yaşayan Gülnaz Şirinova da ümidini dövlətin yardımına bağlayıb.
O, əlilliyi olan iki oğlu ilə yaşadığı evin damının düzəltdirilməsini istəyir.
O, sosial yardım üçün müraciət etmək istəsə də, bunu necə edəcəyini bilmir.