Sahara səhrasının əsrarəngiz həyatı - şəkillərdə

Sahara səhrasının gözəlliklərini britaniyalı fotoqraf, fəlsəfəçi Bülent Küçükçalık lentə alıb.

Sahara

Şəklin mənbəyi, Bulent Küçükçalık

Şəklin alt yazısı, Sahara səhrasında dan yeri ağarır. Dəvənin belində yeni bir gün başlayır. Nomad - səhra köçərisi yola düzəlir. O bir berberdir. Berberler şimali Afrikada yaşayan yerli etnik qrupdur. Onlar özlərini amaziq adlandırır. Güman edilir ki, amaziq "azad insan" və ya "mərd insan" deməkdir.
Sahara

Şəklin mənbəyi, Bulent Küçükçalık

Şəklin alt yazısı, Səhər saat 6-dır və yerli berber sərt soyuqdan qorunmaq üçün dəvəsinə söykənib. O səhər, Sahara - Böyük Səhra mənə Mars planetini xatırlatmışdı. Boş, soyuq və təcrid olunmuş...Mən səhranı məhz buna görə sevirəm. Dünyanın ən böyük tropik səhrası olan Saharada qar nadir hal olsa da, gecələr çox soyuq düşə bilir.
Saharada berber karvanı

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Saharada kiçik berber karvanı. Berberlər və ya amaziqlər ərəblər Yaxın Şərqdən Afrikanın şimalına yayıldıqdan sora etnik azlığa çevrildilər. Onlar əsasən Afrikanın şimalındakı bir çox ölkələrdə, o cümlədən səfər etdiyim Mərakeşdə yaşayırlar. Əsasən müsəlman olan bərbərlərin İslam dinini qəbul etməsinin 12-ci əsrədək davam etdiyi deyilir.
Sahara

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Böyük Səhranın ucsuz-bucaqsız ənginliyi və heyrətamiz mənzərəsi insanı valeh edir. Ətrafda ruhu doyduran bir sakitlik hökm sürür.
Saharada berber və dəvəsi

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Berberlər və onların dəvələri arasında sanki möcüzəvi bir qarşılıqlı sevgi var. Berber üçün dəvə önəmli vasitədir, həm də təkcə nəqliyyat üçün yox. Məsələn, zeytun yağı hazırlanması zamanı zeytunun əzilməsində və berber evlərinin tikilməsi üçün daşların yerdən qazılmasında dəvə gücünün əhəmiyyəti böyükdür.
Suq

Şəklin mənbəyi, Bulent

Şəklin alt yazısı, Mərakeş bazarında gözqamaşdırıcı rənglər. Şimali Afrikanın ucqar hissələrində bütün ticarət suq adlandırdıqları bazarda həyata keçirilir. Suqlara demək olar ki, bütün tayfaların ərazisində rast gəlmək olar.
Ənənəvi berber geyimi.

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Ənənəvi berber geyimi.
Berber kişilər

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Böyük səhranın da öz modası var. Rəngarəng berber geyiminə tagelmus deyirlər. Berber tayfalarının çoxunda tayfa başçısı kişidir. Evlənərkən, qadını kişi seçir, evlilik qərarı isə, oğlanın ailəsinin hansı tayfaya mənsub olmasını nəzərə alaraq, qızın ailəsi tərəfindən verilir.
Atlas

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Mərakeşin harasında olursan ol, Atlas dağları səndən uzaqda deyil. Atlas dağlarının kəndlərində də berberlər yaşayır və onlara, "Kabile" (qəbilə) deyirlər. Bu, çox əvvəllər berberlərə verilmiş addır. İndi bu termindən çox az yerdə istifadə olunur.
Karvan

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Berber karvanı yoluna, Böyük Səhrada həyat isə axarına davam edir.
Berber

Şəklin mənbəyi, Bülent Küçükçalık

Şəklin alt yazısı, Gün sona çatır, axşam erkən düşür. Berberlər və onların karvanları ulduzların altında səfərə hazırdır. Səhrada berberlərin həyatı, dağlarda yaşayanlardan fərqlidir. Onlar köçəridir və daim hərəkətdədir. Onlar üçün sərhəd anlayışı yoxdur. Köçərilərin həyatı açıq və ucsuz-bucaqsız səmanın altında dəvələrilə birlikdə keçir. Onların saatı günəş, ay və ulduzlardır.