You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bu avropalılar Azərbaycanda nəyi müşahidə edir?
- Müəllif, Cəmilə İbrahimova
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, buradan izləyin.
Avropalıları Azərbaycana cəlb edən səbəblərdən biri ölkədə quş köçünün müşahidəsi üçün ideal yerlərin olmasıdır.
Hər il yay və qış mövsümündə Azərbaycana səfər edən avropalılardan ibarət qrup müşahidə üçün Siyəzənin Zarat kəndi yaxınlığındakı ərazini seçir.
Onlar deyir ki, bu ərazi dünyada quş köçünün müşahidəsi üçün ən ideal on yer arasındadır. Çünki, bir nöqtədən müxtəlif quşları növlərini eyni anda görmək olur.
Qrup təşkilatçılardan biri olan almaniyalı Michael Heiss söyləyir ki, həmin ərazidə şose tikiləcəyi gözlənir. Bu isə həmin ideal nöqtənin "itirilməsi" deməkdir.
O, Azərbaycanda ekoturizm potensialının yüksək olduğunu, amma bunun üçün müəyyən işlər görülməli olduğunu deyir.