4 ildir əlillik statusu ala bilməyən şəxs: "Qonşular olmasa, uşaqlarım ölmüşdü"
Video açılmırsa, burada izləyin.
Sumqayıtda yaşayan Rəhman Cəfərov dörd ildir ki, əlillik statusu ala bilmədiyini deyir.
O sağ gözünün görmədiyini, sol gözünün isə zəiflədiyini deyir.
Rəhman Cəfərov əlillik statusu almaq istəsə də, aidiyyatlı dövlət qurumlarının bürokratiyası ilə üzləşdiyini deyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, Rəhman Cəfərov sənədləri natamam olduğu üçün əlillik statusu ala bilmir.
Səhiyyə Nazirliyindən isə deyirlər ki, vətəndaş nazirliyin qaynar xəttinə müraciət etsin və məsələ araşdırılsın.


