İlham Əliyev və Nikol Paşinyan "söhbət ediblər"

Şəklin mənbəyi, President.az
Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iclasında iştirak edib.
Sammit barədə məlumat yayan bəzi media Ermənistanın Baş naziri və Azərbaycan prezidenti arasında "ayaqüstü söhbətin etdiklərini" xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində İlham Əliyevlə söhbət barədə Yerevana qayıdandan sonra daha geniş məlumat verəcəyini yazıb:
"Düşənbədə mənimlə prezident İlham Əliyev arasında söhbət baş tutub. Təfərrüatları barədə Yerevana qayıdandan sonra danışacağam".
Azərbaycan prezidentinin mətbuat xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2019-cu ildə Türkmənistan paytaxtı Aşqabadda keçirilməlidir.
