Telefonların qeydiyyat rüsumu artımı: "Pensiya qalxmır, maaş qalxmır"
Nazirlər Kabinetinin yeni qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri bir neçə dəfə qaldırılıb.
Əvvəl bu rüsum 5 AZN idi. İndi isə 20-150 manat arasında dəyişir.
BBC News Azərbaycancaya danışan Bakı sakinləri bu məsələyə münasibət bildiriblər.


