You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Altıağac Milli Parkında yanğın
Havanın isti və küləkli olması Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsində çətinliklər yaradır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Nazirlik bildirib ki, yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, buna görə də əsasən əl əməyindən istifadə edilir.
Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri birgə tədbirlər görür.
Məlumatda deyilir ki, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.