Vətəndaşların İlham Əliyevdən gözlədikləri: Qarabağ, iş yerləri, söz azadlığı
Çərşənbə günü Azərbaycanda yeni seçilmiş prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Aprelin 11-də keçirilmiş prezident seçkisində İlham Əliyev 86% səslə qalib gəlib.
Çərşənbə axşamı Azərbaycan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının seçkinin nəticəsi ilə bağlı protokollarını təsdiqləyib və İlham Əliyevi Azərbaycan prezidenti elan edib.
İlham Əliyev 4-cü müddətə seçilib. BBC Azərbaycanca Bakı sakinlərindən növbəti 7 il ərzində prezidentdən nələri gözlədiklərini soruşub.
Videonu BBC Azərbaycanca müxbirləri Günel Səfərova və Cəmilə İbrahimova hazırlayıb.
Video açılmırsa, Youtube-da izləyin.

