You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qatil balina “salam” və "sağol" kimi bir neçə söz öyrənib
Orka da adlandırılan qatil balina insan səsini təqlid etməyi öyrənib.
Fransadakı okeanariumda saxlanan dişi orka təlimçinin ingilis dilində dediyi bir neçə sozü təkrar edə bilir.
14 yaşlı Wikie "Hello" və "Bye Bye" deyir. O, həmçinin 3-ə qədər sayır.
Alimlər qatil balinaların kommunikasiyaları barədə daha çox məlumat almaq istəyirlər. Bu, orkaların qorunmasına kömək edə bilər.