Bakı sakinləri 2017-ci ili necə xatırlayır?
2017-ci ildə Azərbaycanın siyasi, iqtisadi, ictimai və idman sahəsində bır sıra diqqət çəkən hadisələr baş verdi:
Ölkədə İslam Oyunları keçirildi və ilk dəfə olaraq Azərbaycan futbol klubu (“Qarabağ”) Çempionlar Liqasına çıxdı;
Media və hüquq müdafiəçiləri 2017-də təqiblərin davam etdirildiyini qeyd edirlər;
Birinci xanım Mehriban Əliyeva birinci vitse-prezident oldu;
Bakı-Tbilisi-Qars dəmiryolu xətti açıldı. Bəs ötən il nəzər salan Bakı sakinlərinin yadında nələr qaldı?

