You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanın "Eurovision-2018" mahnı müsabiqəsində təmsilçisinin adı açıqlanıb
İctimai televiziyanın rəsmi saytının yaydığı məlumata əsasən Azərbaycanı gələn il Eurovision müsabiqəsindı vokalçı Aysel Məmmədovadır.
İfaçının müəyyənləşdirilməsi məqsədilə noyabrın 8-də münsiflər heyətinin iclası keçirilib və Aysel Məmmədova ölkə təmsilçisi seçilib, saytda bildirilir.
28 yaşlı Aysel Məmmədova Bakıda musiqiçi ailəsində anadan olub. İlk musiqi təhsilini 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində alan Aysel 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Bir çox yerli festivallara qatılan ifaçı Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel Məmmədova pianoçu, vokalçı və bəstəkardır.