Azyaşlıların peşəkar futbola hazırlığı necədir?
Azərbaycanın futbol uğurlarının artması ölkədə futbolçu hazırlığının vəziyyətini gündəmə gətirib.
BBC Azərbaycanca peşəkar futbolçu hazırlayan futbol məktəbləri ilə danışıb.
5-6 yaşından uşaqları məşq etdirən fərdi və rəsmi məktəblərdə hazırda yüzlərcə uşaq futbol oynayır, lakin ölkə üzrə hər həvəsli uşağın məşq imkanları çox deyil.



