"Buket, ekstra, premium və gül çayı...", fermer çay növlərini izah edir
Lənkəran rayonu İstisu qəsəbəsi sakini Araz Yaqubov 2006-cı ildən “Yaşılçay” fermer təsərrüfatını yaradıb və ona rəhbərlik edir.
61 hektar ərazidə çay plantasıyaları olan sahibkarın gələcək planlarında növbəti ildə daha 5 hektar çay sahəsi yaratmaq da var.
Dövlətin çayçılığın inkişafı üçün qayğısından razılıq edən Araz Yaqubov xaricdən gətirdiyi texnika və avadanlıqlardan gömrük və əlavə dəyər vergisinin tutulmadığını deyir.
“Lənkəran bölgəsi bir tərəfdən Talış dağları digər tərəfdən Xəzər dənizi ilə əhatə olunduğu üçün subtropik iqlim zonasıdır. Bu səbəbdən də bölgədə çay, subtropik meyvələr və çəltik yaxşı inkişaf edir”, - Araz Yaqubov deyir.
Onun sözlərinə görə istehsal etdikləri yüksək keyfiyyətli çayın yetişməsində münbit təbii şəraitlə yanaşı həm də yeni texnologiyanın tətbiqi və məhsuldar sortlardan istifadə mühüm rol oynayır.
Materialı Günel Səfərova hazırlayıb.