You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda da müsəlman aləminin digər ölkələrində olduğu kimi Qurban bayramı qeyd edilir. Bayram münasibətilə bayram namazı qılınıb, məscidlərdə dualar oxunub və qurbanlar kəsilib.
Müqəddəs bayramın Bakıda necə qeyd edildiyini Gülər Abbasova müşahidə edib.
Satıcı Sabit Novruzov deyir satdığı qoçun çəkisinə görə qiyməti 130 manatdan 300 manata kimi dəyişir.
"Dünən satışa çıxarmışıq. Səhər açılandan təxminən 30 qoç satmışam. Alıcılar pis deyil, ötən ilki kimi yenə də alan var." - Novruzov bildirir.
Satıcıların sözlərinə görə alıcılar ən çox 130-200 manatlıq qoç almağa üstünlük verir.
"Bayramda qiymətlər bəzən adi günlərdəkindən də aşağı olur. Amma səhər açılıb, demək olar ki alıcı yoxdur, çünki camaatın bazarlıq etməyə imkanı yoxdu. Pulu olan təkcə qurbanlıq alır."- satıcı Bəstiqız Məlikova deyir.