You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əliyev-Putin danışıqları: Azərbaycan və Rusiya Qarabağ münaqişəsini müzakirə ediblər
Rusiyanın Soçi şəhərində keçirilən görüşdə Azərbaycan və Rusiya liderləri bir sıra digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər, mətbuat bildirir.
Görüş cümə günü Soçi şəhəri yaxınlığındakı Rusiya prezidentinin iqamətgahında keçib.
Azərtac agentliyi danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli habelə beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsinin aparıldığını xəbər verir.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər, məlumatda deyilir.
"Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var", - prezident.az saytında İlham Əliyevin sözləri iqtibas edilir.
Azərbaycan prezidentinin Rusiya Federasiyasına işgüzar səfəri şənbə günü başa çatıb.