You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”, millət vəkili deyir
Milli Məclisin cümə günü keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirə edilib.
Müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda deputatlara və məmurlara yaltaqlığın qadağan olunmasını təklif edib, APA bildirir.
O, Özbəkistanda belə bir addımın atıldığını deyib.
Milli Məclisin spikeri Oqtay Əsədov isə deputata belə cavab verib: "Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq".
Çıxış sosial mediada da müzakirələrə səbəb olub.
"Onu da monopoliyaya alırlar. Ancaq prezidentə yaltaqlanmaq olacaq. Daha deyə bilməyəcəklər: "Kəmaləddin çörək verən adamdır", Vuqar Qalibov adlı Facebook istifadəçisi yazıb.
Sarvaz Hamidoglu isə belə sual verir: "Bunlar o cümlədən məhkəmə üçün yaltaqlıq çörək ağacı deyilmi?"