You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İlham Əliyev Minsk qrupu həmsədrlərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev bu ay Yerevan və Qarabağda olmuş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun həmsədrlərini qəbul edib.
Prezidentin rəsmi saytında bildirilir ki, cənab Əliyev həmsədrlər Richard Hoagland (ABŞ), Stephane Visconti (Fransa) və İqor Popovu (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzey Kasprzyk -i qəbul edib.
Bazar ertəsi Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayıb.
Həmsədrlər ötən həftə bazar ertəsi Xankəndidə (Stepanakert) tanınmamış "Dağlıq Qarabağ Respublikası" prezidenti Bako Sahakyanla görüşüblər.
Ondan əvvəl isə onlar Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Vigen Sarkisyanla görüşüblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda da bir sıra rəsmi görüşlər keçirəcək.