Göygöldə alman evləri: müxbirimizin kamerasından

Videonun alt yazısı, Almanlar Azərbaycanda:

Göygöl 200 il əvvəl Azərbaycanda məskunlaşmış almanlar tərəfindən salınmış ən böyük şəhərdir.

Qafqazda artıq almanlar yaşamır. Onlar İkinci Dünya müharibəsi zamanı Sibir və Mərkəzi Asiyaya deportasiya ediliblər.

Lakin onların tikdiyi evlər özünəməxsusluğu ilə seçilir və hələ də Göygöldəki azərbaycanlılar tərəfindən istifadə edilir.

Müxbirimiz Günel Səfərin video reportajı.