AŞPA həmməruzəçiləri Bakıdadır

Şəklin mənbəyi, Prezident.az
Azərbaycan prezidenti İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib, prezidentin mətbuat xidməti bildirir.
Həmməruzəçilər avstriyalı Stefan Schennach və rumınyalı Cezar Florin Preda cümə axşamı Bakıya gəliblər.
Yanvarın 14-ə qədər davam edəcək səfərdə həmməruzəçilərin Parlamentin spikeri, Ədliyyə və Daxili İşlər Nazirləri, Prezident Administrasiyasının Rəhbəri, Ali Məhkəmənin Prezidenti, Baş Prokuror, Vəkillər Kollegiyasının Sədri, eləcə də AŞPA-dakı Azərbaycan nümayəndə heyəti ilə, həmçinin vətəndaş cəmiyyətinin və parlamentdənkənar müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəyi gözlənilir.
