You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Keçən həftə 5 fotoda - #100qadın-dan biri Xədicə, Erdoğan Aİ-ə qarşı...
Arxada qalmaqda olan həftə jurnalist Xədicə İsmayılova BBC-nin seçdiyi 100 tanınmış qadın sırasında yer alıb, Erdoğan Aİ-ni hədələyib, Bağdadda partlayış nəticəsində əksəriyyəti iranlı şiə zəvvarlar olmaqla 80 nəfər ölüb...
1. BBC 2016-cı ilin 100 qadın mövsümünü elan edib. Bu il BBC-nin seçdiyi 100 tanınmış qadınların siyahısında azərbaycanlı jurnalist Xədicə İsmayılovanın da adı var.
2. Avropa Parlamenti Türkiyə ilə Avropa İttifaqı arasında üzvlük müzakirələrini müvəqqəti olaraq dayandırmaq barədə qərar layihəsini təsdiqləyib.
Bu qərardan sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölkəsinin sərhədlərini qeyri-qanuni miqrantlar üçün açacağı ilə hədələyib.
3. İraqın paytaxtı Bağdad şəhərində özünü İslam Dövləti adlandıran qrupun bomba partlatması nəticəsində 80 nəfərdən çox insan ölüb. Onların əksəriyyəti iranlı zəvvarlar olub.
4. Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı 44 yaşlı Gülnarə Kərimovanın zəhərlənərək öldüyü barədə xəbərlər yayılıb.
Gülnarə Kərimovanın oğlu isə anasının ölməsi barədə məlumatları "şaiyə" adlandırıb.
5. Marilyn Monroe-nun ABŞ prezidenti John Kennedy-ə "Ad günün mübarək, cənab prezident!" mahnısını oxuyarkən geyindiyi don Beverly Hills şəhərindəki hərracda 4,8 milyon dollara satılıb.