"Əvvəl manat pul idi, indi nədi?" - mandarin yetişdirən astaralı

Videonun alt yazısı, Əvvəl yaxşı idi, manat pul idi, indi nədi? - Astara sakini

Astara rayonunun Maşğan kəndinin sakini Haqverdiyeva Şənanə 60 ildir öz həyətində sitrus meyvələri yetişdirir.

On övladı olan Şənanə xanım sovetlər dövründə qazancının yaxşı olduğunu desə də, hazırda yetişdirdiyi meyvələri istədiyi qiymətə sata bilmədiyini qeyd edir.

Ancaq o, əlavə edir ki, ailəsinin dolanışığı bu sahədədir.

Maşğan kəndinin sakinilə BBC Azərbaycancanın müxbiri Günel Səfər danışıb.