"Ermənistan Rusiya əleyhinə addımlar atmayacaq", Simonyan

Videonun alt yazısı, "Ermənistan Rusiya əleyhinə addımlar atmayacaq", Simonyan
"Ermənistan Rusiya əleyhinə addımlar atmayacaq", Simonyan

Ermənistan Parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Yerevan Rusiya əleyhinə addımlar atmayacaq.

Simonyan bunu Moskvada Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko ilə birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Ermənistan balanslı xarici siyasət yürütmək hüququna malikdir və heç bir ölkənin tərəfini tutmaq və ya ona qarşı hərəkət etmək niyyətində deyil.

O, həmin gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovı əmin etməyə çalışıb ki, Yerevanın Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birlikdən çıxmaq niyyəti yoxdur.

Lavrov Ermənistanın Avropa İttifaqına potensial üzvlüyünün hazırkı Avrasiya İqtisadi Birliyi üzvlüyü ilə ziddiyyət təşkil etdiyini bildirib.

Buna cavabında Simonyan deyib: "Biz düşünmürük ki, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqından çıxmalıyıq. Biz hesab edirik ki, birlikdə hər iki tərəf üçün faydalı olacaq bir həll yolu tapa bilərik".