Ermənistan parlamenti: Azərbaycan ofisinizin önündə post qursa, nə deyəcəksiz?

Alen Simonyan Ermənistan parlamentinin sədri

Şəklin mənbəyi, parliament.am

“Bizim rəqibimiz “Artsvik Minasyan sərhəd yoxdur deyib” deyə, gəlib sizin ofisinizin qapısında post qursa, nə deyəcəksiniz?”

Ermənistan Parlamentinin sədri Alen Simonyan ötən gün parlamentdə Azərbaycanla sərhədlərin delimitasiyasını tənqid edən müxalifətdən olan deputata belə cavab verib.

“Ermənistan” müxalifət fraksiyasının katibi Artsvik Minasyan iqtidarı sitat –hakimiyyətdə qalmaq üçün hər şeyi uduzmaqda, təslim və təhvil verməkdə- ittiham edib.

Videoya Youtube kanalımızda baxa bilərsiniz.

Minasyan deyib ki, Ermənistan Respublikasının qanunlarında “sərhədi yenidən bərpa etmək” ifadəsi yoxdur.

Alen Simonyan ona sözlərinə diqqət etməsinə məsləhət görüb.

“Sözlərinizə diqqət edin. Ermənistanın konkret və aydın sərhədi var. Qanuni əsaslarla”. Azərbaycan və Ermənistan aprelin sonunda sərhədlərin müəyyənləşməsi üçün sərhəd dirəklərinin quraşdırılmasına başlayıb.