Azərbaycanda ölümlərin əsas səbəbi hansı xəstəliklərdir?

Videonun alt yazısı, Azərbaycanda ölümlərin əsas səbəbi hansı xəstəliklərdir?
Azərbaycanda ölümlərin əsas səbəbi hansı xəstəliklərdir?

Azərbaycanda ən çox ölüm halı qan dövranı sistemi xəstəlikləri ilə bağlıdır, Dövlət Statistika Komitəsinin ölüm səbəbləri ilə bağlı açıqladığı məlumatda qeyd olunub.

Azərbaycanda 2024-cü ildə ölənlərin 57 faizi bu xəstəlikdən vəfat edib.

Əvvəlki illərdə bu göstərici üzrə ölüm faizi 55-63 arasında dəyişib.

Azərbaycanlı sosial media istifadəçiləri, əsasən, qan dövranı sistemi xəstəliklərindən olan infarktla bağlı ölümləri müzakirə ediblər.

Onlar bu xəstəliklərdən ölənlərin sayının yüksək olmasını əsasən stres, işsizlik, keyfiyyətsiz qida və həyat səviyyəsinin aşağı olması ilə əlaqələndiriblər.