"Putinlə Azərbaycana gedən dəmiryolunun bərpasını müzakirə etdik”

Videonun alt yazısı, "Putinlə Azərbaycana gedən dəmiryolunun bərpasını müzakirə etdik”
"Putinlə Azərbaycana gedən dəmiryolunun bərpasını müzakirə etdik”

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 22-də Sankt-Peterburqda olarkən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanda dəmir yolu hissələrinin bərpasını müzakirə edib.

Bunu Baş nazir özü açıqlayıb.

Ermənistanın dəmir yolu sistemi, 2008-ci ildə imzalanan 30 illik müqaviləyə əsasən, dövlətə məxsus Rusiya Dəmir Yolları şirkətinin törəmə müəssisəsi Cənubi Qafqaz Dəmir Yolları tərəfindən idarə olunur.

Söhbər Yerasxdan Azərbaycan sərhədinə qədər — Naxçıvan istiqamətində — dəmir yolu xəttinin, eləcə də Türkiyə sərhədinə qədər Axurik hissəsinin tam yenidən qurulmasını təcili olaraq həyata keçirməkdən gedir.

Bundan başqa, Paşinyan tezliklə İcevan-Qazax hissəsi ilə bağlı da eyni məsələni qaldıracağını bildirib.

"Mən, həmçinin, bildirmişəm ki, əgər birdən Rusiya Federasiyasının bu ərazilərin lazımi halda bərpası ilə bağlı problemi olarsa, və ya hər hansı bir problem gördüyü ortaya sıxarsa, Ermənistan hökuməti bu əraziləri onun idarəetməsindən geri alıb dövlət vəsaitləri hesabına bərpa etməyə hazırdır", - Paşinyan deyib.