Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Videonun alt yazısı, Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Monteneqro hökuməti 2026-cı il yanvarın 15-dən etibarən Azərbaycanla olan vizasız rejimi ləğv edəcəyini açıqlayıb.

Yəni bu tarixdən etibarən Monteneqroya getmək istəyən azərbaycanlılar viza almalıdırlar.

"Biz bura təzə gəldiyimiz vaxtı tək-tük sayda azərbaycanlılar qarşımıza çıxırdı. Sayımız təxminən 100-150 nəfər olardı. Amma indi bu rəqəm 4-5 dəfə artıb", - – Monteneqroda işləyən Azərbaycan vətəndaşı Nəcəf Nəcəfli deyir.

Nəcəf Nəcəfli azərbaycanlıların işləmək üçün daha çox üz tutduğu ölkələrdən biri olan Monteneqroda inşaat sahəsində çalışır.

Monteneqro hökuməti Azərbaycana qarşı vizanın tətbiqini Avropa İttifaqına üzvlüklə bağlı götürdüyü öhdəliklə və bu qurumun viza şərtləri ilə əlaqələndirib.

Azərbaycanlıların Monteneqroya vizasız gəlişi 2015-ci ildə iki ölkə arasında əldə edilən razılaşma ilə mümkün olmuşdu.

Həmin vaxtdan etibarən Azərbaycan hökuməti də Monteneqroya 1 milyard ABŞ dollarına yaxın investisiya qoyub.