Azərbaycan və Ermənistan artıq bir-birinə nifrət etmirʔ

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
"Düşmən", "başınızı əzərik", "etnik təmizləmə"… bu, Azərbaycan və Ermənistan liderlərinin vaxtilə öz çıxışlarında daha çox istifadə etdiyi nifrət nitqlərindən bir neçəsidir.
Hər iki ölkədə bu cür açıqlamalara müharibə, eləcə də müharibədən sonrakı dövrlərdə rast gəlmək mümkündür.
Lakin dövlət rəhbərlərinin Əbu-Dabi və Vaşinqton görüşündən sonra bu cür nifrət nitqlərinin azaldığı müşahidə olunur.
Görünən həm də odur ki, tərəflər bir-birini qıcıqlandıran ifadələrdən də qaçmağa çalışırlar.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Məsələn, ArmenPress dövlət xəbərlər agentliyi saytını ingilis və rus dilli versiyalarında axtarışımız göstərir ki, son bir neçə aydır, agentlik Azərbaycanı qıcıqlandıran "Artsax" sözünü işlətməyib, erməni versiyasında isə son bir ay ərzində Artsax sözü Qarabağın adı mənasında işlənməyib.
Hətta Baş nazir Paşinyan ən son çıxışlarında "Dağlıq Qarabağ" ifadəsinin yerinə, eləcə "Qarabağ" deyib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Prezident Əliyev də çıxışlarında artıq Ermənistan hökumətini hədəf kimi göstərmir.
Azərbaycan dövlət mediası məsələn, Azərbaycan Televiziyası və Azərtac xəbər agentliyi artıq Ermənistan hökumətinə yönəlik tənqidlər səsləndirmir. Onların hədəfi indi Ermənistan müxalifəti, kilsə rəhbərliyi və erməni lobbisidir.
"Bu gün də əminəm ki, bütün bu işlərin törədilməsində millətin, sadə adamların günahı yoxdur. Onları günahkar saymıram. Onların əli qana batıbsa da, küyə gediblər. Ancaq bu məsələdə Ermənistanda separatşı, Daşnak düşüncəli adamların və onları bu işə təhrik edənlər günahkar olublar", - keçmiş təhsil naziri Misir Mərdanov TV1 YouTube kanalına müsahibəsində deyib.
Keçmiş nazirin bu sözləri bəzilərində qəzəb doğursa da, digərləri onu ölkə rəhbərliyinin yumşalan ritorikasından sonra cəsarətlənmənin işarəsi kimi də görür.
Lakin bütün bunlar heç də iki ölkə arasında nifrət nitqinin tam bitdiyi mənasına gəlmir.
Belə ki, Prezident Əliyev avqustun 21-də Kəlbəcərdə çıxışı edərkən "düşmən", "dəmir yumruq" kimi təhdidedici ifadələr işlədib.
"Biz düşməndən qisasımızı döyüş meydanında aldıq ... . Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək", - İlham Əliyev deyib.
Ermənistanda isə avqustun 22-də tanınmayan keçmiş Dağlıq Qarabağ Respublikasının bayrağı altında uşaqlar üçün hərbi maarifləndirici tədbir keçirilib.
Bununla bağlı sosial mediada görüntülər yayılıb.
Bundan bir ay əvvəl təşkil edilmiş eyni tədbirdə isə Baş nazir Paşinyanla birlikdə fraksiya yaratmış Sasun Mikaelyan və Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyanın iştirak etdiyi görünür.
Müsbət məqam odur ki, bu cür məsələlər nə Azərbaycan, nə də Ermənistan mediasında qabardılmır.
Bu isə hər iki tərəfin həqiqətən sülh axtarışında olduğuna bir işarə kimi qəbul oluna bilər.







