Ağ Evdə Trampla Putinin birgə fotosu "divardan asılıb"

Videonun alt yazısı, Ağ Evdə Trampla Putinin birgə fotosu "divardan asılıb"
Ağ Evdə Trampla Putinin birgə fotosu "divardan asılıb"

Tramp və Putinin birgə fotosu Ağ evin dəhlizində asılıb.

Şəkli sosial mediada jurnalist Elizabeth Landers paylaşıb

O, əvvəllər burda belə bir fotonu görmədiyini qeyd edib.

Divarda Rusiya və Birləşmiş Ştatlar prezidentlərinin fotosundan başqa Trampın nəvəsi ilə çəkilmiş fotosu da var.

Ağ ev bununla bağlı hələ şərh verməyib.

Vaşinqton Ukraynadakı müharibəsinə görə Rusiyaya müxtəlif iqtisadi sanksiyalar tətqbiq edir. Belə bir vaxtda Trampın Rusiya Prezidenti ilə birgə çəkilmiş fotosunun Ağ evdə divardan asılması diqqəti cəlb edib.

Donald Tramp və Vladimir Putin Ukrayna müharibəsinin sona çatdırılması üçün 2025-ci ilin avqustunda Alyaskada görüşmüşdülər. Amma görüş nəticəsiz qaldı.