Polisin azyaşlı oğlanı döyməsi: Qəbələdən reportajımız

Polisin bir vətəndaşı döydüyünü göstərən görüntülər bir neçə gündür ki, sosial mediada yayılıb.
Videoya YouTube kanalımızda baxın.
BBC-yə danışan, lakin adının açıqlanmasını istəməyən qəsəbə sakinlərin sözlərinə görə döyülən təkcə yeniyetmə yox, həm də onun atası və əmisi olub.
Daxili İşlər Naizrliyi bildirib ki, Səxavət və Eldəniz Ağayev qardaşları polis əməkdaşlarına zor tətbiq edib. Polisin açıqlamasına görə, Səxavət Ağayev sərxoş vəziyyətdə maşın idarə edərək yol hərəkət qaydasını pozub, qardaşı Eldəniz Ağayev isə ictimai qaydaları kobud şəkildə pozub və polis əməkdaşlarına zor tətbiq edərək xuliqanlığa yol verib.
Adının çəkilməsini istəməyən Kənd sakinlərinin sözlərinə görə, polislə ağayevlər arasında mübahisə yaranıb və bir neçə polis nəfəri qardaşları və Eldəniz Ağayevin oğlu Yeniyetmə Dəniz Ağayevi də döyüb.
DİN bildirib ki, yeniyetməyə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.
