“Bəs kasıb nə etsin, maaş az, bazar od tutub yanır”, -sosial media şərhləri

Videonun alt yazısı, “Bəs kasıb nə etsin, maaş az, bazar od tutub yanır”, -sosial media şərhləri
“Bəs kasıb nə etsin, maaş az, bazar od tutub yanır”, -sosial media şərhləri

Azərbaycanda bu ilin noyabrında əvvəlki aya nisbətən bəzi ərzaq məhsulları bahalaşıb.

Statistika Komitəsinin məlumatında deyilir ki, qarabaşaq, mal əti, balıq və balıq məhsulları, süd, yumurta, qoz-fındıq, xiyar-pomidor, kartof-soğan, çay, alkoqollu içkilərin qiymətində təxminən 7 faizə qədər artım olub.

Amma bəzi məhsullar da ucuzlaşıb. Məsələn, makaron, limon, portağal, naringi, alma, heyva, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın və başqa meyvə və tərəvəzlərin ucuzlaşdığını bildirib.

Milli Məclisin üzvü Vüqar Bayramov Azərbaycanda qiymət artımının süni əsaslı olduğunu düşünür: "İnsanlarda sosial paket artan zaman sahibkarlarda süni qiymət artımına gedilməsini müşahidə edirik".

O hesab edir ki, qiymət artımının qarşısını almaq üçün tədbirlər görülməlidir.

Yerli mediada ərzaq qiymətlərinin artması ilə bağlı xəbərlərə sosial media istifadəçiləri tənqidi şərhlər yazıblar.

Bir sosial media istifadəçisi isə yazır ki, "Hər dəfə qiymətlər bahalaşdıqca görürük ki, məmurlar inkişaf edir, sadə camaat çökür".

Bəzi istifadəçilər qeyd edirlər ki, qiymət artımını hər gün müşahidə edirlər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) elan edib ki, 2025-ci ilin noyabrında dünyada əsas ərzaq məhsulları ucuzlaşmaqda davam edir. Belə ki, dünya bazarında düyü, bitki yağları, ət məhsulları, süd məhsulları, o cümlədən kərə yağı və şəkərin qiymətləri aşağı düşüb.