"Toxun acdan xəbəri olmaz”, Prezidentin çıxışı müzakirə olunur

"Toxun acdan xəbəri olmaz”, Prezidentin çıxışı müzakirə olunur

Prezident İlham Əliyev deyib ki, ölkədə maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.

O, maaş və pensiyaların daha çox olmasını istəyərdi, amma deyir ki, "Gərək ayağını yorğanına görə uzadasan".

Prezidentin maaşlar və pensiyaların artırılması barədə dedikləri sosial mediada böyük müzakirə doğurub.