You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Pezeşkian: Azərbaycanla əlaqələri "gücləndirməliyik"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Prezident Məsud Pezeşkian deyib ki, İran qonşuları, o cümlədən Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.
Onun sözlərinə görə, regional əlaqələrin gücləndirilməsi Qərbin sanksiyalarını neytrallaşdırmağa kömək edə bilər.
Pezeşkian bunu İran parlamentinin deputatları ilə görüşündə deyib.
İranın Azərbaycanla münasibətləri son illərdə gərgin olsa da, sonradan əlaqələr yaxşılaşmağa doğru başlayıb - Pezeşkian bu il 2?? dəfə Azərbaycana səfər edib.
Azərbaycan hakimiyyətinə yaxın media yazır ki, Bakı Tehranla münasibətlərin yenidən gərginləşməsində maraqlı deyil.
Hazırda Azərbaycanın şimal qonşusu Rusiya ilə münasibətləri gərgindir və İranın simasında ikinci bir cəbhə açmaq istəməz. - bunu kim deyir?
Belə görününür ki, şimal qonşusu Rusiya ilə münasibəti pisləşmiş Azərbaycan da cənub qonşusu İranla münasubətləri yaxşılaşdırmaqda maraqlıdır - Iran mediası ayrı-ayrı Azərbaycan və İran rəsmilərinin son iki gündə iki ölkə arasında münasibətləri müzakirə etməsi ilə bağlı xəbərlər yayıb.
İranın dövlət agentliyi İRNA yazıb ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Ali Təhlükəsizlik Şurasının rəsmisi ilə telefonla danışıb. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Video açılmırsa, Youtube kanalımızda baxın.