Pezeşkiandan Roma Papası və xristianlara Milad təbriki

Videonun alt yazısı, Pezeşkiandan Roma Papası və xristianlara Milad təbriki
Pezeşkiandan Roma Papası və xristianlara Milad təbriki

İran Prezidenti Masud Pezeşkian Roma papasını, dünya liderlərini və xristianları Milad günü münasibətilə təbrik edib.

Məsud Pezeşkian Roma Papası XIV Leo-ya göndərdiyi mesajında bildirib ki, bu dövrdə insani problemlərin həlli üçün dövlət başçıları və alimlər tərəfindən kollektiv müdriklik, düşüncə və müstəqil fəaliyyət tələb olunur".

O, həmçinin ümid etdiyini bildirdi ki, bu cür səylər məzlum xalqlar üçün sülh, təhlükəsizlik və azadlıq üçün yol aça bilər.

Dünya liderləri və xristianlara ünvanladığı mesajda isə Pezeşkian vurğulayıb ki, birgə səylər, dinc yanaşı yaşama və ədalətə əsaslanan fəaliyyət sayəsində bugünkü qarışıq dünyada sülh və əmin-amanlıq təmin edilə bilər.

Onun təbrik mesajı İran Prezidentinin saytında yayılıb.

Dekabrın 25-də dünyada Milad bayramı qeyd olunur.