You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Çindən gətirilən elektrik maşınlarının sayı azalıb
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Çindən Azərbaycana idxal olunan elektromobillərin sayı azalıb.
2025-ci ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə idxal üç dəfə, dəyər baxımından isə 4,3 dəfə azalma olub, rəsmi xəbərlərdə deyirlir.
Ancaq hələ də Bakı küçələrində Çin istehsalı avtomobillərə tez-tez rast gəlinir və sosial mediada bu maşınlarla bağlı müzakirələr səngimir.
Son illər Çindən gətirilən elektrik və hibrid avtomobillər populyarlaşıb.
Bu, onların Avropa, Koreya və Birləşmiş Ştatlar modellərindən ucuz olması və daha qənaətcil sayılmaları ilə bağlıdır.
Onların ucuzluğu həm də hökumətin xaricdən gətirilən təzə elektrik və hibrid avtomobillərə tətbiq etdiyi güzəştli rüsumlarla bağlıdır.
Lakin bu maraq maşınların ikinci əl bazarına mənfi təsir edib, sürülmüş avtomobillərin satışı çətinləşib, qiymətlər ucuzlaşıb.
Çin maşınları ucuz olsa da onların ehtiyat hissələrinin çatışmazlığı və bəzi texniki problemlərli müzakirə olunur.
Həm də elektriklə işləyən avtomobillər üçün enerji doldurma şəbəkəsinin əsasən Bakıda olması və elektrik tariflərinin qeyri-rəsmi bahalığı da bu seqmentdə problemlər sırasındadır.
Dünya üzrə elektromobillərin bazar payı artsa da, müzakirələr davam edir, çətinliklər qalır.
Azərbaycanda isə Çindən gətirilən elektromobillərə maraq hələ də var və bu mövzu aktuallığını qoruyur.
Video açılmırsa, Youtube kanalımızda baxın.