You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ritmlə dərs deyən müəllim: "Buna pul kimi baxmıram"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ritmlə dərs deyən müəllim Mahir Vəliyev deyir ki, indi uşaqlar sürətli, dinamik və ritmik metodla keçilən dərsləri "daha yaxşı" mənimsəyirlər.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Mahir Vəliyev 2006-cı ildən orta məktəbdə dərs deyir.
Ölkənin bir sıra şəhərlərində məktəblərdə və hazırlıq kurslarında çalışıb.
O, deyir ki, indiyədək 10 minlərlə məktəbli onun metodundan istifadə edib.
İşini sevdiyini, şövqlə gördüyünü deyən Mahir müəllim "bu canfəşanlığını" uşaqların hər birinin onun üçün bir dəyər olmasıyla bağlayır və onların həyatına toxunmaq arzusundan qaynaqlandığını deyir.
Video açılmasa, Youtube kanalımızda izləyin.