Ermənistanda Rusiya hərbi bazasına etiraz

Şəklin mənbəyi, hraparak.am
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistanda Rusiya hərbi bazasının çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.
Rusiya hərbi bazasının olduğu Gümridə etirazçılar əllərində "102-ci hərbi baza, rədd ol Ermənistandan!" kimi plakatlar tutub və Rusiya hökumətinin əleyhinə şüarlar səsləndiriblər.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda baxın
Gümriyə böyük sayda polis qüvvələri yeridilib, hərbi bazaya gedən yollar bağlanıb.
Həmin gün Ermənistanda Rusiya hərbi bazasını dəstəkləyən aksiya da keçirilib.
Hərbi baza Rusiya ilə Ermənistan arasında 2044-ci ilədək qüvvədə olan müqaviləyə əsasən, Gümridə 1992-ci ildən yerləşir.



