İşdən çıxarılan diş həkimləri TƏBİB-ə etiraz ediblər

İşdən çıxarılan diş həkimləri TƏBİB-ə etiraz ediblər

Bir qrup diş həkimi Bakıda TƏBİB-in ofisi qarşısında etiraz aksiyası keçirib.

Müxtəlif bölgələrdən olduqları bildirilən həkimlər qanunsuz şəkildə işdən çıxarılmalarına etiraz ediblər.

Sosial mediada yayılan görüntülərdə danışan həkimlər uzun illik iş təcrübələrinə baxmayaraq, TƏBİB-in qərarı ilə işdən çıxarıldıqlarını deyiblər.