Azərbaycanda amnistiya: Kimlərə aid ola bilər?
Azərbaycanda 20 mindən çox insana təsir edəcək amnistiya elan oluna bilər.
Təşəbbüs 2025-ci il "Konstitusiya və Suverenlik İli" münasibətlə Prezident İlham Əliyevdən gəlib və layihə Milli Məclisə təqdim edilib.
Bunun indiyədək ən geniş amnistiya olacağı bildirilir. Gözlənilir ki:
- 5 min nəfərdən çox insan həbsdən azad ediləcək,
- 3 min nəfərin cəzası azaldılacaq,
- 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından və
- 4 minə yaxın şəxs digər cəzalardan və şərti cəzalardan azad ediləcək.
- Mindən çox şəxsin cinayət məsuliyyəti ləğv olunacaq.
Amnistiya müharibə veteranlarına, həlak olmuş və itkin düşmüş şəxslərin yaxınlarına, Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərə, qadınlara, yaşı 60-dan yuxarı olanlara, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və az ağır cinayət törətmiş şəxslərə şamil ediləcək.
Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər də bu amnistiyaya düşə bilər.
Ölkədə son dəfə 2021-ci ilin 8 noyabrıda Zəfər Günü münasibətilə amnistiya elan edilib.
"Zəfər Amnistiyası" ümumilikdə 17 267 şəxsə aid olub, 5 800 nəfər həbsdən azad edilib.



