İranda qadınların və kişilərin birgə iştirak etdiyi partiyə görə həbslər olub

Şəklin mənbəyi, UGC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İranda qadınlar və kişilərin iştirak etdiyi kofe partisini təşkil etmiş şəxslər həbs olunub.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda baxın.
Parti Kiş adasında, ticarət mərkəzlərindən birinin qarşısında açıq məkanda keçirilib və görüntüləri sosial mediada yayılıb – bu barədə adanın prokuroru Əli Səlmizadə bildirib.
O deyib ki, belə partilərin keçirilməsinə icazə verənlər də məsuliyyətə cəlb edilə bilər.
Son aylarda İranın müxtəlif bölgələrində ticarət mərkəzləri, kafe və restoranlarda konsertlər, canlı musiqi və ya DJ musiqisi ilə tədbirlərin təşkili əhəmiyyətli dərəcədə artıb, İran mediası yazır
Ticarət mərkəzlərinin bir çoxu hüquqi məsuliyyətə cəlb edilsə də, sosial mediada belə tədbirlərin keçirilməsini göstərən görüntülər hələ də yayılmaqdadır.























