"Bir tikə çörək üçün Rusiyaya'' - Azərbaycanda qəzəb

azərbaycanlılar rusiya

Şəklin mənbəyi, Azertac

Rusiyada polisin azı iki azərbaycanlını öldürməsindən sonra sosial mediada istifadəçilər qəzəb ifadə edir.

Onların bəziləri azərbaycanlıların iqtisadi səbəblərdən Rusiyaya sığınmasında Azərbaycan hökumətini tənqid edib.

İyunun 27-də Yekaterinburqda Rusiya polisi 10-dan çox azərbaycanlı evinə başqın edərək, 5 nəfəri öldürüb, azı doqquz nəfərə ağır bədən xəsarəti yetirib, azı 6 nəfər barəsində həbs qərarı çıxarılıb.

Hadisədən sonra Azərbaycanda Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edilib.

Rəsmi şəxslərin səfərləri ləğv edilib.

Videonu Youtube-da izləyin.