You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Küsülü "qohumlar" barışır? Türkmənistan lideri Bakıda
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanla Türkmənistan münasibətləri küsülü qohumlara bənzəyir.
Ancaq görünür, barışıq havası var.
Türkmənistanın keçmiş Prezidenti, indi isə "Milli Lider" olan Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib.
O qızı ilə Azərbaycana iki günlük gəlib, əvvəl Bakı, sonra Qarabağ.
Şuşada Prezident İlham Əliyev Berdiməhəmmədova Dostluq adlı at hədiyyə edib.
Dostluq həm də Azərbaycanla Türkmənistan arasında Xəzərdəki illərlə mübahisəli olan neft-qaz yatağının adıdır.
Bakıda o, Emin Ağalarovun seabreezeində də olub.
Berdiməhəmmədov İlham Əliyevlə görüşdə deyib ki, səfərində "Əsas məqsəd münasibətləri gücləndirməkdir".
Türkmənistan müşahidəçi olduğu Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə də iştirak etməyib.
Bu tədbir də 2024-cü ilin iyulunda Qarabağda olmuşdu.
Türkəmnistan heç keçən il Bakıda keçirilən COP29 tədbirində də iştirak etməmişdi.
Böyük tədbirlərə qatılmayan Türkmən liderin səfəri suallar doğurur.
Bu barışıqmı? Yoxsa diplomatik jest?
İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 50 faizdən çox azalıb.
Əsas səbəb: Azərbaycanın Türkmənistandan təbii qaz idxalını yarıbayarı azaltması olub.
Türkmən qazı Azərbaycana İran üzərindən ötürülür.
Qeyri-neft sahəsində də ticarət azalıb.
Ancaq Bakıda hesab edirlər ki, Türkmənistan liderinin səfəri gələcək addımların koordinasiyalı olacağının xəbərçisidir.
Video açılmırsa, Youtube kanalımızda baxın.