Meksikada çay neft sızmasından çirklənib

Meksikada çay neft sızmasından çirklənib

Şəklin mənbəyi, Reuters

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Dövlətə məxsus Pemex neft şirkəti bildirib ki, sızmaya yağış səbəb olub.

Deyilir ki, boru xətti bərpa edilib və sızmanın qarşısı alınıb.

180 000 litrdən çox neftin bərpa edildiyi deyilir.

Mərkəzi Meksikada baş vermiş güclü daşqınlar azı 72 nəfərin ölümünə səbəb olub.