"Qaz payımızı xaricilərə satırlar" - Azərbaycanda narazılıq

Şəklin mənbəyi, Azərtac
Azərbaycan qazı hesabına macarların kommunal xərclərinin azaldılması sosial mediada tənqid olunur.
Macarıstan baş naziri deyib: "Türk dostlarımız olmasaydı, Macarıstanda kommunal xərclərin azaldılması mümkün olmazdı".
Macarıstan liderinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsindən sonra Azərbaycanda təbii qazın qiymətləri yenidən müzakirə yaradıb.
BBC Azərbaycancaya gələn şərhlərin birində deyilir: "Özumuz boguluruq limitin əlindən. Amma bunlar kefdədir".
"Azərbaycanda əhali və qeyri-əhali tarifləri fərqlidir. Sualımızın məğzi odur ki, niyə Gürcüstanda mənimlə eyni sərfiyyatı işlədən adam məndən dəfələrlə daha az pul verir kommunala. Hansı ki, mənbəyi bizdədi. Bunu izah edin" - deyə Vüsal3260 adlı sosial media istifadəçisi yazıb.
Azərbaycan qaz ixracı barədə Macarıstanla iki il əvvəl razılaşıb - 100 milyon kub metr həcmində. İlk dəfə 2024-cü ildə bu ölkəyə qaz verib.
Macarlar təbii qazın bir kubmetrinə görə azərbaycanlılardan təxminən 35 qəpik çox ödəyirlər, amma onlara daha çox minimum limit verilir.
Bundan başqa, Macarıstanda minimum əməkhaqqı təxminən1300-1700 manatdır.
Azərbaycanda isə minimum əməkhaqqı 400 manatdır.
Videoya Youtube kanalımızda baxın.







